Rusiyadan Macarıstana neft nəqli dayandırılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto məlumat verib.
O bildirib ki, Rusiyadan Macarıstana neft nəqli Ukrayna pilotsuz təyyarəsinin “Drujba” neft kəməri ölçmə stansiyasına hücumu səbəbindən dayandırılıb.
“Macarıstan Ukraynanın Macarıstanın enerji təchizatı üçün vacib olan infrastruktura hücumunu onun suverenliyinə hücum kimi qiymətləndirir”, – xarici işlər naziri əlavə edib.
Xuraman Etibarlı
İnterpress.az