Ruslar sürücülük imtahanı vermək üçün kütləvi şəkildə Türkiyəyə ÜZ TUTURbackend

Ruslar sürücülük imtahanı vermək üçün kütləvi şəkildə Türkiyəyə ÜZ TUTUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ruslar sürücülük imtahanı vermək üçün kütləvi şəkildə Türkiyəyə üz tuturlar.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiyanın biznes radiosu BFM məlumat yayıb.

Ruslar Türkiyəyə yalnız tətil və müalicə turizmi üçün gəlmirlər. Türliyə Rusiya Federasiyasında “nəzəriyyə” keçdikdən sonra tanınan Rusiya sürücülük vəsiqələrini almaq üçün məşhur bir istiqamətə çevrilib.

Bir çox ruslar öz ölkələrində imtahan verməmək qorxusundan xaricdə imtahan verməyə üstünlük verirlər.

Çox vaxt onlar nəzəri imtahanın daha sadə olduğu, praktiki imtahanın isə ümumiyyətlə tələb olunmadığı Gürcüstanı seçirlər.

Ancaq çoxları Türkiyəni seçir, burada imtahanlar da sadə və əlçatan sayılır.

Onlar Türkiyə lisenziyası aldıqdan sonra öz ölkələrində yalnız nəzəri imtahan verərək onu rus lisenziyası ilə dəyişə bilərlər.

Xuraman Etibarlı

İnterpress.az