İsrail Hərbi Hava Qüvvələri Livanın cənubunda bir avtomobilə dəqiq hava zərbəsi endirib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail Ordusu Radiosuməlumat yayıb. Məlumata görə, zərbənin hədəfi Hizbullahın hava hücumundan müdafiə bölməsinin qırıcısı olub.
İsrail KİV Livan mənbələrinə istinadən xəbər verir ki, zərbə nəticəsində yuxarıda adı çəkilən bölmənin yüksək rütbəli zabiti məhv edilib.
Gün ərzində İsrail qırıcıları üç istiqamətdə əməliyyat keçirib: Suriya, Qəzza zolağı və Livan.
Nəticədə silah anbarlarına və hərbi obyektlərə hücum edilib və yaraqlılar məhv edilib.
Xuraman Etibarlı
İnterpress.az