Narazı qazilərin şikayətlərinə münasibət bildirilibbackend

Narazı qazilərin şikayətlərinə münasibət bildirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün 4 saylı DOST Mərkəzinə müraciət edən bir neçə müharibə veteranı da qəbul olunaraq müraciətləri dinlənilib.

Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, müraciətlər əsasən əlilliyə görə sığorta ödənişləri ilə bağlı olub: “Onlara bildirilib ki, Dövlət Sığorta Kommersiya Şirkətinin (“Azərsığorta”) dövlət icbari şəxsi sığorta sahəsində səlahiyyətləri 2022-ci il yanvarın 1-dən Dövlət Sosial Müdafiə Fonduna həvalə olunub.
Sığorta olunan şəxslərə həmin vaxtdan sonra baş vermiş sığorta hadisəsinə görə ödənişi Fond həyata keçirir. 2022-ci il yanvarın 1-dək baş vermiş sığorta hadisəsinə görə isə sığorta ödənişi verilməsi qanunvericiliklə “Azərsığorta”nın səlahiyyətindədir.

Müharibə veteranı, Ağcabədi rayon sakini Cəfərov Qadir Habil oğlu müraciəti isə əlilliklə bağlı olub. Ona bildirilib ki, tibb müəssiəsi tərəfindən onunla bağlı göndəriş (forma 88) e-sistemə 2 gün öncə daxil edilib. Yaxın günlərdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əyani müayinə ediləcək və əlilliyinin qiymətləndirilməsinin nəticəsi olaraq müvafiq qərar veriləcək.

Əlilliyinin qiymətləndirilməsinin gecikdiyini qeyd edən Lənkəran rayon sakini Cabbarlı Vüsal Güləli oğluna isə bir neçə gün əvvəl əlillik təyinatı aparılıb və bu barədə ona məlumat verilib”.