NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina sabah Gürcüstana səfər edəcək.
İnterpress.az xəbər verir ki, Kolomina regional tur çərçivəsində Tbilisiyə gəlir. Kolomina daha sonra Azərbaycana və Ermənistana səfər edəcək.
Səfərin məqsədi və görüşlərdə müzakirə olunan məsələlərlə bağlı Xavier Kolomina NATO-nun Əlaqələr Bürosunda çıxış edəcək və günün ikinci yarısında jurnalistlərin suallarını cavablandıracaq.