NATO-nun baş katibi Yens Stoltenberq iyulda keçiriləcək Vilnüs sammitində üzv ölkələrin ümumi daxili məhsulunun ən azı 2 faizini müdafiəyə ayırması təklifinin qəbul edilməli və bunun tez bir zamanda həyata keçirilməli olduğunu bildirib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
NATO-nun baş katibi Yens Stoltenberq Danimarkada keçirilən Kopenhagen Demokratiya Sammitinə telekonfrans vasitəsilə qatılıb və çıxış edib.
Stoltenberq iyulda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitindən gözləntiləri ilə bağlı suala belə cavab verib: “Mən müttəfiqlərin Ukraynaya siyasi, praktiki və hərbi dəstəyini gücləndirəcəklərini və davam etdirəcəklərini və bundan sonra necə edə biləcəyimizə dair yeni planlar üzərində razılaşacağını gözləyirəm. Çəkindirmə və müdafiə gücümüzü gücləndirək”.