NATO-nun təyin etdiyi 200 ingilis əsgəri Kosovoya gedibbackend

NATO-nun təyin etdiyi 200 ingilis əsgəri Kosovoya gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kosovonun şimalında baş verən hadisələrin ardından NATO-nun tələbi ilə Kosovoya təyin edilmiş 200 İngilis əsgəri Kosovoya gedib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

NATO-dan verilən yazılı açıqlamada, 200 ingilis əsgərdən ibarət ilk kontingent NATO-nun Kosovo Sülh Qüvvələrinə (KFOR) qatılıb. Bildirilib ki, onlar bu gün Kosovoya səfərə gedib.

“Əsgərlər artıq Kosovoda olan 400 nəfərlik Britaniya kontingentinə qoşulublar”, – məlumatda deyilir.

Britaniya Müdafiə Nazirliyi sentyabrın 24-də Kosovonun şimalında baş verən hadisələrin ardınca Britaniya qüvvələrinin NATO-nun Kosovodakı sülhməramlı missiyasında yerləşdirilməsinə qərar verildiyini bildirib.

Türkiyə ilk dəfə sülhməramlı qüvvələrin komandanlığını öz üzərinə götürəcək

27 ölkədən təxminən 4500 hərbi qulluqçusu olan KFOR 12 iyun 1999-cu ildən Kosovoda sülh və sabitliyə dəstək məqsədi ilə həyata keçirilən sülhə dəstək əməliyyatına rəhbərlik edir.

Oktyabrın 10-da Türkiyə 1999-cu ildən bəri ilk dəfə Kosovoda xidmət edən sülhməramlı qüvvələrin komandanlığını öz üzərinə götürəcək.

General-mayor Özkan Ulutaş 1 il KFOR komandiri vəzifəsini icra edəcək.

Sentyabrın 24-də Kosovonun şimalında baş verənlər

Kosovonun şimalında aylardır davam edən gərginlik sentyabrın 24-də səhər saatlarında, əsasən serblərin yaşadığı Banjskada yolu bağlayan silahlı serblərin açdığı atəş nəticəsində bir polis məmurunun ölməsi ilə yenidən artıb.

Kosovo Baş naziri Albin Kurti peşəkar terrorçu-cinayətkar qruplaşmadan ibarət təxminən 30 nəfərlik ağır silahlı qrupun Kosovo polisinə hücum etdiyini və hadisəyə görə Serbiyanın məsuliyyət daşıdığını açıqlayıb.

Banjska monastırı və ətrafına sığınan silahlı qrup Kosovo polisi tərəfindən mühasirəyə alınıb və gün ərzində bölgədə qarşıdurmalar davam edib.

Serbiya prezidenti Aleksandr Vuçiç Kosovo polisinin ölümü ilə nəticələnən insidentin Kosovo serbləri tərəfindən törədildiyini təsdiqləyib.