NATO-nun baş katibi Yens Stoltenberq ABŞ istehsalı olan M1 Abrams tanklarının Ukraynaya gəlişindən məmnunluğunu ifadə edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Stoltenberq və Latviyanın yeni baş naziri Evika Siliņa NATO-nun mənzil-qərargahında baş tutan görüşdən sonra mətbuata açıqlama verib.
İclasda Ukraynadakı son vəziyyəti müzakirə etdiklərini bildirən Stoltenberq deyib: “Ukraynanın əks-hücumları davamlı irəliləyişlə davam edir. Bəzi bölgələrdə Ukrayna qüvvələri Rusiyanın müdafiəsini aşdı, lakin Putinin hədəflərinin dəyişdiyinə dair heç bir əlamət görmürük. Ona görə də daimi sülh mümkün deyil”
Stoltenberq Ukraynaya çatan ilk Amerika Abrams döyüş tankları kimi müttəfiqlər tərəfindən göstərilən yardımı alqışladığını vurğulayıb.
Latviyanın Baş naziri Siliņa da Ukraynanı əsgərlərinə təlim və müalicə verməkdən tutmuş, xalqını qarşılamağa qədər hər sahədə dəstəkləməyə davam edəcəklərini vurğulayıb və Latviyaya qoşun yeritmək təşəbbüsünə görə Danimarka və Kanadaya təşəkkür edib.
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ istehsalı olan M1 Abrams tanklarının sentyabrın 25-də ölkəsinə gəldiyini açıqlayıb.