NATO və Ukrayna 2024-cü il üçün əməkdaşlıq proqramı imzalayıbbackend

NATO və Ukrayna 2024-cü il üçün əməkdaşlıq proqramı imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO və Ukrayna 2024-cü il üçün enerji təhlükəsizliyi və Ukrayna Silahlı Qüvvələrinin təlimini əhatə edən əməkdaşlıq proqramı imzalayıb.

İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq NATO-Ukrayna Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən iclasının yekunlarına dair mətbuat konfransında bildirib.

“Biz 2024-cü il üçün geniş əməkdaşlıq proqramı imzaladıq, bu proqrama enerji təhlükəsizliyi, innovasiyalar və Ukrayna ilə NATO qüvvələrinin uyğunluğunun artırılması üzrə əməkdaşlıq daxildir”, – o qeyd edib.

Onun sözlərinə görə, tərəflər Kiyevin alyansa yaxınlaşmaq üçün həyata keçirməli olduğu islahatları, o cümlədən hərbi təchizat sistemi və kəşfiyyat xidmətlərində islahatları müzakirə ediblər: “Biz həmçinin Ukraynanı NATO-ya yaxınlaşdırmaq üçün zəruri olan Ukraynada islahatlar prioritetləri ilə bağlı tövsiyələr təqdim etdik. Bura korrupsiya ilə mübarizə, qanunun aliliyinin gücləndirilməsi, insan hüquqlarının qorunması daxildir”.