Nazirlikdən “WhatsApp”da yaranan problemlə bağlı açıqlamabackend

Nazirlikdən “WhatsApp”da yaranan problemlə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün saat 21.00 radələrindən başlayaraq “WhatsApp” beynəlxalq platformasının fəaliyyətində problem yaranıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Report”a verilən məlumata görə, yaranan problem lokal deyil, qlobal xarakter daşıyıb.

Qeyd olunub ki, dünyanın bir çox ölkələrindən olan tətbiq istifadəçiləri bu problemlə qarşılaşdıqları barədə məlumat paylaşıblar. Saat 22.00 radələrindən etibarən problem aradan qalxıb.

Qeyd edək ki, bu gün dünyanın bir sıra ölkələrində Feysbuka məxsus İstaqram sosial şəbəkəsində və “WhatsApp” mesencerinin işində problemlər yaranıb.

İnterpress.az