Neftçala rayonunda dəhşətli yanğın olub.
Bu barədə İnterpress.az-a rayon sakinləri məlumat verib.
Bildirilib ki, hadisə Xolqarabucaq kəndində qeydə alınıb.
Belə ki, kənd sakini Etiqad Bəşirova məxsus evdə yanğın hadisəsi baş verib.
Hadisə zamanı xəsarət alan olmasa da ev yanaraq külə dönüb.
Hadisənin qaz balonunda baş vermiş sızma nəticəsində baş verdiyi deyilir.