Neftçalada su təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlərə yerində baxış keçirildibackend

Neftçalada su təchizatının yaxşılaşdırılması istiqamətində görülən işlərə yerində baxış keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev tərəfindən 2019-cu ildə Neftçala rayonunda su təchizatının yaxşılaşdırılması istiqamətində imzalanan sərəncamın icrasının davamı olaraq görülən işlərə Neftçala RİH başçısı Mirhəsən Seyidov və “Azərsu” ASC-nin müavini Etibar Məmmədov yerində baxış keçirib.

İnterpress.az-ın xəbərinə görə, layihənin icraçıları bildirib ki, Neftçala şəhərinin və ətraf yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulan layihə çərçivəsində, Salyan rayonu ərazisində olan su tutumu 7500 m3 olan su anbarının tikintisinə başlanılıb. Neftçala şəhərinə çəkilən su xətti layihəsinin tikintisi nəticəsində əsasən çox mənzilli binaların və fərdi yaşayış evlərində yaşayan 40.000 nəfərə yaxın şəhər sakinin içməli su xətti təchizatı və sayğaclaşdırılması, paralel olaraq Neftçala şəhərinin kanalizasiya sisteminin yenidən qurulması həyata keçiriləcək. Neftçala rayonu ərazisində çəkilən 44 km-lik yeni su xəttinin 29 km-lik hissəsində işlərin yekunlaşdığını bildirib. Su xəttinin qalan 15 km-lik hissəsində çəkilişinin daha sürətli, daha tez başa çatması üçün əlavə canlı qüvvə və texnika cəlb olunub.

İnterpress.az