Ötən gün Nepalda qəzaya uğrayan və azı 68 nəfərin ölümünə səbəb olan təyyarənin qara qutusu tapılıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
72 nəfəri daşıyan iki mühərrikli ATR 72 təyyarəsinin qara qutusu və kokpit səs yazıcısının tapıldığı açıqlanıb.
Qara qutu və səs yazıcısının yaxşı vəziyyətdə olduğu müəyyən edilib.
Qeyd edək ki, təyyarənin Katmandudan Poxaraya planlaşdırılan uçuşda qəzaya uğradığı, içərisində 57 Nepal, 5 Hindistan, 4 Rusiya, 2 Cənubi Koreya və Argentina, İrlandiya, Avstraliya və Fransadan olan hər birindən bir nəfər olduğu açıqlanıb. Pokhara polisi bazar günü hava qaraldıqdan sonra kəsilən axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.