Niger ordusu qiyamçılara dəstək verdiyini açıqlayıbbackend

Niger ordusu qiyamçılara dəstək verdiyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niger Silahlı Qüvvələri ölkədə qan tökülməsinin qarşısını almaq üçün idarəetməni ələ keçirən Prezident Mühafizə Alayının ünsürlərini dəstəklədiklərini açıqlayıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Çevriliş bəyannaməsinə dəstək verməyə qərar verdikləri bildirilib.

Xarici işlər naziri Hassoumi Massaoudou isə səhər saatlarında verdiyi açıqlamada hadisənin hələ də çevriliş cəhdi olduğunu və nəticələnmədiyini bildirib və Niger xalqını bu cəhdə qarşı çıxmağa dəvət edib: “Çətinliklə əldə edilən qazanclar qorunub saxlanılacaq və demokratiya və azadlıq istəyən bütün Nigeriyalılar bunu görəcəklər”.

Bazumun çevrilişə cəhd edən Prezident Mühafizə Alayının ünsürlərinə qarşı ordu qüvvələrinin dəstəyini gözlədiyi, lakin ordunun buna razı olmadığı iddia edilib.

Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (ECOWAS) adından vasitəçi təyin edilən Benin prezidenti Patris Talonun gün ərzində hər iki qrupla görüşü gözlənilir.

Bazoum dünən səhər saatlarında Prezident Mühafizə Alayının əməkdaşları tərəfindən saxlanılıb.

Xalq çevrilişin qarşısını almaq üçün küçələrə çıxıb və Bazumun azadlığa buraxılması üçün etiraz aksiyası keçirib.

Çevrilişin arxasında 10 ilə yaxın Prezident Mühafizə Alayının komandiri vəzifəsində çalışmış general Ömər Çianinin olduğu üzə çıxıb.