Nigerin paytaxtı Niameydə təlim uçuşu həyata keçirən hərbi helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Niger Silahlı Qüvvələrinə (FAN) aid Mi-17 tipli helikopter təlim uçuşundan sonra Niamey Hərbi Hava Limanına eniş edərkən qəzaya uğrayıb.
Yanan helikopterdə 3 nəfər həlak olub.
Qəzanın səbəblərini araşdırmaq üçün istintaq komissiyası yaradılıb.