Nigeriya qida təhlükəsizliyi üçün fövqəladə vəziyyət elan edibbackend

Nigeriya qida təhlükəsizliyi üçün fövqəladə vəziyyət elan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyada ərzaq təhlükəsizliyini təmin etmək üçün fövqəladə vəziyyət (OHAL) elan edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Nigeriya prezidenti Bola Əhməd Tinubu bütün aidiyyəti dövlət qurumlarına, xüsusilə də Kənd Təsərrüfatı və Su Təsərrüfatı nazirliklərinə ərzaq istehsalı və qiymətlərini münasib səviyyədə saxlamağı tapşırıb.

Qida təhlükəsizliyini təmin etmək üçün fövqəladə vəziyyət elan edən Prezident Tinubu, ərzaq qiymətlərini mütəmadi olaraq izləmək və tənzimləmək üçün Milli Əsas Ehtiyaclar Şurası yaratmağa qərar verib.

İl boyu kənd təsərrüfatı məhsullarının istehsalının artırılması və fermerlərin təhlükəsizliyinin təmin edilməsi üçün təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

Mayın 29-da vəzifəyə başlayan Tinubunun neft məhsullarına tətbiq etdiyi subsidiyanı ləğv etməsi ölkədə yaşayış xərclərini artırıb.