Nigeriyanın cənub-şərqindəki Anambra əyalətində ABŞ səfirliyinin əməkdaşlarına silahlı hücum nəticəsində 4 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Oqbaru bölgəsində humanitar yardım fəaliyyətləri üçün Anambra əyalətindəki ABŞ səfirliyinin əməkdaşları hücuma məruz qalıb.
İlkin məlumata görə, hücumda 4 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.
Anambra əyalət polisinin sözçüsü Toçukvu İkenqa hücumu təsdiqləyib və təhlükəsizlik qüvvələrinin bölgəyə göndərildiyini bildirib.
Digər tərəfdən, ABŞ-ın Abuca səfirliyindən verilən açıqlamada, hadisənin kökünə varmaq üçün əməkdaşlarının Nigeriya təhlükəsizlik rəsmiləri ilə əməkdaşlıq etdiyi bildirilib.
Belə hücumlar vaxtaşırı Nigeriyanın cənubunda Biafranın Yerli Xalqları (IPOB) terror təşkilatı tərəfindən həyata keçirilir.
1967-ci ildə Biafra əhalisi Nigeriyanın cənubunda müstəqil Biafra dövlətinin yaradılması tələbi ilə ayağa qalxdıqda başlayan vətəndaş müharibəsində milyonlarla insan həlak olub.
1967-ci ildə ölkənin cənub-şərqində qurulan Biafra Respublikası vətəndaş müharibəsinin sonunda yenidən Nigeriyanın suverenliyinə keçib.