Nigeriyada DƏHŞƏTLİ CİNAYƏT: Gənc tibb tələbəsini zorlayıb BAŞINI KƏSDİLƏR – FOTOLARbackend

Nigeriyada DƏHŞƏTLİ CİNAYƏT: Gənc tibb tələbəsini zorlayıb BAŞINI KƏSDİLƏR – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyada dəhşətli cinayət tərədilib – gənc tibb tələbəsini zorlayıb başını kəsiblər.

İnterpress.az xəbər verir ki, bu barədə “Daily Post” qəzeti məlumat yayıb.

Nigeriyanın Kross-River ştatında qorxunc və amansız cinayət hadisəsi baş verib. Təcrübə keçmək və tibb bacısı-mama ixtisası üzrə hazırlaşmaq üçün başqa şəhərə köçən 20 yaşlı tələbə qız Vendi iki nəfər tərəfindən vəhşicəsinə qətlə yetirilib.

Məlumata görə, ərazidə bənna işləyən iki gənc qızla tanış olmaq istəsələr də, rədd cavabı alıblar. Tələbə qız onların onun üçün “çox yaşlı” olduqlarını bildirib.

Bundan qəzəblənən və incidilən cinayətkarlar Vendini evinə qədər izləyib, mənzilə daxil olaraq onu zorlayıb, ardınca isə başını kəsiblər.

Polis tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 24 və 26 yaşlı iki şübhəli şəxs isti izlərlə saxlanılıb.

Onlar dindirilmə zamanı cinayəti qisas almaq və hər zaman xəyal etdikləri “tibb işçisi ilə cinsi əlaqədə olmaq” xülyalarını reallaşdırmaq üçün törətdiklərini etiraf ediblər.

Faktla bağlı “qəsdən adam öldürmə və zorlama” maddələri ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir.

Bu dəhşətli cinayət Nigeriya cəmiyyətində böyük qəzəb və hiddət dalğası yaradıb, qadınlara qarşı zorakılığa qarşı cəzaların sərtləşdirilməsi tələbləri yenidən gündəmə gəlib.

Xuraman Etibarlı

İnterpress.az