Nigeriyada difteriya epidemiyasından 117 uşaq ölübbackend

Nigeriyada difteriya epidemiyasından 117 uşaq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın şimal-şərqindəki Yobe əyalətində difteriya epidemiyasından 117 uşağın öldüyü məlum olub. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Nigeriya Milli Səhiyyə Xidmətləri Agentliyinin (NPHCDA) direktoru Faisal Shuaib ölkədə artan difteriya epidemiyasına qarşı mübarizə çərçivəsində Yobe əyalətinin Potiskum bölgəsindəki xəstəxanalara baş çəkib.

Şuaib burada etdiyi şərhdə Yobe əyalətində 1796 difteriya hadisəsinin görüldüyünü və epidemiya səbəbiylə 117 uşağın öldüyünü qeyd edib.

Difteriyanın qədim bir xəstəlik olduğunu və ölümlərin peyvəndlə qarşısı alına biləcəyini ifadə edən Şuaib bildirib ki, xəstəliyin son zamanlar ölkə daxilində epidemiya halına gəlməsində peyvənd nisbətinin aşağı olması səbəb olur. O hamını peyvənd etməyə çağırıb.

Nigeriyada 2022-ci ilin dekabrından bəri 7 mindən çox difteriya hadisəsi aşkar edilib və indiyədək 450-dən çox insan ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Nigeriyada difteriya hallarının artması səbəbindən epidemiyaların ikinci dalğasının olduğunu təsdiqləyib.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) epidemiya ilə mübarizə çərçivəsində Nigeriyaya 9,3 milyon doza vaksin göndərib.

Burun qızdırması olaraq da bilinən difteriya “corynebacterium diphtheriae” adlı mikroorqanizm boğaz, burun, göz və dəridə yerləşdiyi zaman meydana gəlir. Yoluxucu xəstəlik ölümlə nəticələnə bilər.