Nigeriyanın Nasarava əyalətində iki etnik qrup arasında baş verən qarşıdurmada ən azı 15 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Əyalətin Karu bölgəsində 18 yaşlı bir fermerin naməlum şəxslər tərəfindən öldürülməsindən sonra Tarkalafia və Kwaja etnik qrupları arasında qarşıdurmaların başlayıb.
Qarşıdurmalarda ən azı 15 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.
Yaralılar xəstəxanaya aparılıb, zorakılıq zamanı evlərə, nəqliyyat vasitələrinə və əkin sahələrinə ziyan vurub.
Nigeriyanın şimal və mərkəzi hissələri heyvandarlıqla məşğul olan fulanilər ilə əkinçiliklə məşğul olan bəzi qəbilələr arasında ara-sıra şiddətli toqquşmalara səhnə olur.
Yanvar ayında Nasarava və Benue əyalətlərinin sərhədində bombalı hücumda 39 nəfər həlak olub.