Nigeriyada fermerləri daşıyan qayığın batması nəticəsində 10 nəfər ölübbackend

Nigeriyada fermerləri daşıyan qayığın batması nəticəsində 10 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın Kebbi əyalətində 100-dən çox sərnişini olan qayığın batması nəticəsində 10 nəfər ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Əyalətin rəhbəri Yahaya Bello qayığın naməlum səbəbdən batdığını bildirib.

Qayıqda 100-dən çox sərnişinin olduğunu bildirən Bello qəzada 10 nəfərin həyatını itirdiyi, 10 nəfərin isə itkin düşdüyü barədə məlumat paylaşıb.

Bello qayıqda olan 80 sərnişinin xilas edildiyini və ərazidə axtarış işlərinin davam etdiyini bildirib.