Nigeriyanın Borno əyalətində terror təşkilatı Boko Haram-a qarşı keçirilən hava əməliyyatında təşkilatın 100-dən çox üzvü zərərsizləşdirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, hərbçilər Boko Haram üzvlərinin görüşü zamanı Borno əyalətindəki Mandara dağına hava hücumu həyata keçirib.
Əməliyyatda 100-dən çox terrorçu öldürülüb, çoxlu sayda terrorçu yaralanaraq qaçıb.
Nigeriyada 2000-ci illərin əvvəlindən 2009-cu ildən bəri mövcud olan terror təşkilatı Boko Haramın təşkil etdiyi kütləvi zorakılıq aktlarında 20 mindən çox insan həyatını itirib.
Ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə 2015-ci ildən bəri Çad Gölü hövzəsində hücumlar həyata keçirən terror təşkilatının hücumlarında ən az 2 min adam həyatını itirib.