Qərbi Afrika ölkələrindən biri olan Nigeriyada ilk qarayara xəstəliyi aşkarlanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
“Biz Niger əyalətində təsərrüfat mal-qarasında və keçilərdə qarayara xəstəliyinə yoluxma hallarının aşkarlanmasından dərin narahatıq”, – deyə məlumatda bildirilir.
Qarayara xəstəliyinin görüldüyü fermaya baytarlıq qrupları göndərilib.
Qarayara xəstəliyi əvvəllər Qərbi Afrika ölkələri Burkina Faso, Toqo, Benin və Qanada müşahidə edilmişdi.
Nigeriyanın Kənd Təsərrüfatı və Kənd İnkişafı Nazirliyi qarayara epidemiyasının Nigeriyaya yayılma ehtimalı ilə bağlı “həyəcan siqnalı” vermişdi.
Ölümcül xəstəlik olan qarayara xəstəliyinə otyeyən heyvanlarda, xüsusilə qoyun, keçi və iribuynuzlu heyvanlarda rast gəlinir.
Qarayara virusu insanlara yoluxmuş heyvanlarla birbaşa təmasda olduğu kimi, təmiz olmayan və bişirilmədən istehlak edilən heyvan mənşəli məhsullardan da keçə bilər.