Nigeriyada qarşıdurmalarda 18 kənd sakini həyatını itiribbackend

Nigeriyada qarşıdurmalarda 18 kənd sakini həyatını itirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyada heyvandarlıq və əkinçiliklə məşğul olan fermerlər arasında zaman-zaman qarşıdurmaların yaşandığı Benue əyalətində hücumda 18 kəndli həyatını itirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Benue əyalətinin İye kəndində şəxsiyyəti hələ müəyyən edilməyən silahlı şəxslər tərəfindən hücum həyata keçirilib.

Hücum zamanı 18 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.

Benue polisinin sözçüsü Catherine Anene təhlükəsizlik qüvvələrinin bölgəyə göndərildiyini və istintaq başladıldığını bildirib.

Keçən ay Benue əyalətində iki qrup arasında baş verən zorakılıqlar nəticəsində 150-yə yaxın adam ölüb, 18 mindən çox insan evlərini tərk edib.

Fulani ilə əkinçi tayfalar arasında toqquşmalar baş verir.

Nigeriyanın şimalı heyvandarlıqla məşğul olan fulanilər ilə əkinçiliklə məşğul olan bəzi qəbilələr arasında ara-sıra şiddətli qarşıdurmalara səhnə olur.

Köçəri Fulani iddia edir ki, fermerlər heyvanlarını oğurlamağa çalışıb və onlara hücum ediblər.