Nigeriyada qayığın batması nəticəsində ölənlərin sayı 106-ya çatıbbackend

Nigeriyada qayığın batması nəticəsində ölənlərin sayı 106-ya çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın Niger əyalətində iyunun 12-də toydan qayıdanları daşıyan qayığın batması nəticəsində həyatını itirənlərin sayı 106-ya yüksəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Axtarış-xilasetmə işlərində indiyədək 144 nəfərin xilas edildiyi qeyd edilib və işlərin davam etdiyi bildirilib.

Belə ki, iyunun 12-də Niger əyalətində toydan Kvara ştatına getmək üçün 300-ə yaxın insanın qayıdıb qayıq çayda ağaca çırpılaraq batıb.

Kvara əyalətinin qubernatoru Əbdülrəhman Əbdülrazaq çox sayda insanın həyatını itirdiyi bədbəxt hadisəyə görə dərin kədərini ifadə edib.

Nigeriyada yağışlı mövsümdə çaylarda vaxtaşırı qayıq qəzaları baş verir.