Nigeriyanın Niger əyalətində qayığın batması nəticəsində azı 100 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nigeriyada toydan qayıdanları daşıyan qayıq Niger çayında ağaca çırpılaraq batıb.
İlkin məlumata görə, azı 100 nəfər həyatını itirib, bir çoxu isə itkin düşüb.
Kvara əyalətinin qubernatoru bildirib ki, qəzada itkin düşənlərin xilas edilməsi üçün işlər davam etdirilir.
Nigeriyada yağışlı mövsümdə çaylarda vaxtaşırı qayıq qəzaları baş verir.
Ötən ay ölkənin Sokoto ştatında sərnişin qayığının batması nəticəsində 15 nəfər həlak olub.