Nigeriyanın Zamfara əyalətində sərnişin qayığının batması nəticəsində 8 nəfər ölüb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məlumata görə, onun sərnişinləri daşıyan qayığı pis hava şəraiti səbəbindən Zamfara əyalətinin Qusau rayonunda çayda batıb.
Qəzada ilk təsbitlərə görə 8 adam həyatını itirib, bir çoxu itkin düşüb.
Qəzada itkin düşənlərin tapılması üçün axtarış-xilasetmə işlərinə başlanılıb.
Nigeriyada yağışlı mövsümdə çaylarda vaxtaşırı qayıq qəzaları baş verir.