Nigeriyada silahlı hücum nəticəsində 9 nəfər ölübbackend

Nigeriyada silahlı hücum nəticəsində 9 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın Kaduna əyalətində silahlı hücum nəticəsində 9 nəfər ölüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hələlik şəxsiyyəti məlum olmayan silahlı şəxslər Kaduna əyalətinin Birnin Qvari rayonunda hücum həyata keçirib.

Hücumda 9 nəfər həyatını itirib, çoxlu sayda yaralı var.

Nigeriyanın Kaduna əyaləti son zamanlar silahlı dəstələrin hücumları ilə üzləşib.

Bu ilin yanvar-mart aylarında əyalətdə törədilən hücumlarda 214 nəfər həlak olub, 746 nəfər qaçırılıb.