Nigeriyada silahlı hücumda 34 nəfər ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Zamfara əyalətinin yerli təhlükəsizlik zabiti İsmayıl Maqaci silahlı şəxslərin əyalətin Dan Gulbi bölgəsində silahlı hücum həyata keçirdiklərini bildirib.
Maqaji hücumda 7-si əsgər olmaqla 34 nəfərin həyatını itirdiyini, çoxlu sayda yaralının olduğunu açıqlayıb.
Zamfara əyaləti artıq 5 ildir ki, silahlı dəstələrin hücumları ilə üzləşir.