Nigeriyanın Niger əyalətində silahlı şəxslərin hücumları nəticəsində 25 nəfər ölüb, çoxlu sayda insan qaçırılıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Mlumata görə, şəxsiyyəti hələlik müəyyən edilməmiş silahlı şəxslər Niger əyalətində 5 kəndə hücum ediblər.
Hücumlarda 25 nəfər həyatını itirib, daha çox adam qaçırılıb.
Niger əyalət polisinin sözçüsü Vasiu Abiodun hücumları təsdiqləyib və təhlükəsizlik qüvvələrinin polis və ordunun əməkdaşlığı ilə bölgəyə göndərildiyini bildirib.
Nigeriyada adam oğurluğu ölüm cəzası ilə cəzalandırılsa da, fidyə müqabilində adam oğurluğu adi haldır.
Ölkədə artan təhlükəsizlik probleminə qarşı mübarizə çərçivəsində silahlı şəxslərə fidyə verilməsi qadağan edilib.