Nigeriyada terror aktı nəticəsində 16 dinc sakin həlak olubbackend

Nigeriyada terror aktı nəticəsində 16 dinc sakin həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın Borno əyalətində DEAŞ-ın Qərbi Afrika qolu olan ISWAP terror təşkilatının həyata keçirdiyi hücumda 16 mülki vətəndaş həyatını itirib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, ISWAP terror təşkilatı Borno əyalətinin Abadam bölgəsində hücum həyata keçirib.

Hücum nəticəsində 16 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.

Nigeriyada “Boko Haram” terror təşkilatının qurucusu Məhəmməd Yusifin oğlu Əbu Musab əl-Bərnavi atasının 2009-cu ildə ölümündən sonra Boko Haramın sözçüsü olub.

2016-cı ildə Boko Haram daxilində başlayan liderlik böhranı təşkilatın Barnawi və Əbu Bəkr Şekau arasında parçalanmasına səbəb olub.

Şekau Boko Haram-ı idarə edərkən Barnavi DAEŞ ilə əməkdaşlıq edərək ISWAP quraraq hərəkətlərini davam etdirib.