Norveç Nobel Komitəsi 2023-cü il Nobel Sülh Mükafatına 305 namizədin irəli sürüldüyünü açıqlayıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Osloda yerləşən Norveç Nobel Komitəsi, namizədlik ərizələrinin başa çatdığı fevralın 1-nə namizədlərin sayının 305 olduğunu və beləliklə, 2019-cu ildən bəri ən aşağı nominasiya sayı olduğunu açıqlayıb.
Son 8 ildə mükafata namizədlərin sayı 300-ü keçdiyi halda, 2016-cı il 376 namizədlə ən çox namizədin qeydə alındığı il olub.
Nobel mükafatı laureatlarına diplom, Nobel medalı və təxminən 1 milyon dollar pul mükafatı verilir.
Mükafat öz sahiblərini dekabrın 10-da Norveçin paytaxtı Osloda keçirilən mərasimdə təqdim olunur.
COVID-19 pandemiyası səbəbindən 2020 və 2021-ci illərdə mükafatlandırma mərasimləri keçirilməyib.