Normal yaşamaq üçün ayda nə qədər pul lazımdır? – VİDEObackend

Normal yaşamaq üçün ayda nə qədər pul lazımdır? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yeni Sabah” saytında “Azərbaycanda normal yaşamaq üçün 4 nəfərlik ailəyə ayda nə qədər pul lazımdır?” sualı ilə onlayn sorğu keçirib.

Sorğu bir həftə davam edib və bu müddətdə hər İP-dən yalnız bir dəfə səs vermək mümkün olub. Suala cavab vermək üçün oxuculara 4 variat təklif olunub.

800 manat

1200 manat

1700 manat

2000 manatdan çox

Bu müddətdə sorğuda 3463 nəfər iştirak edib. İştirakçıların 2.2 faizi “800 manat”, 14 faizi “1200 manat”, 19.3 faizi “1700 manat”, 64.5 faizi isə “2000 manatdan çox” variantını seçib.

“Yeni Sabah” analoji sualla paytaxt Bakıda küçə sorğusu da keçirib. Həmin sorğunun cavablarını isə aşağıdakı videoda izləyə bilərsiniz: