Novruz bayramında külək 10 ünvanda ağacı aşırıbbackend

Novruz bayramında külək 10 ünvanda ağacı aşırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün axşamdan əsən küləklə əlaqədar paytaxtda 10 ünvanda ağac aşıb, iki ünvanda isə iri budağın sınıb düşməsi halı baş verib.

Bu barədə Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, baş verən hadisələr əsasən Nərimanov, Yasamal, Nizami rayonlarında qeydə alınıb:

“Aşan ağaclar qovaq ağaclarıdır. Onların aşma səbəbi güclü küləyin əsməsi və yaşlarının həddindən artıq çox olmasıdır”.

Bildirilib ki, ağacların aşması və iri budaqların sınaraq düşməsi hər hansı bir fəsad törətməyib.

“Bundan əlavə Birliyin əməkdaşları paytaxtın bütün rayonlarında növbətçilik əsasında fəaliyyət göstərirlər. Davam edən küləkli hava şəraiti ilə bağlı bundan sonra da hər hansı hadisə baş verərsə ağacların və budaqların götürülməsi operativ şəkildə həyata keçiriləcək”,- məlumatda vurğulanıb.