Nyu-Yorkda polis zorakılığına qarşı kiçik qruplarla aksiyalar keçirilir.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Bildirilir ki, etirazlar zamanı hüquq mühafizəçiləri ilə toqquşmalar yaşanmayıb.
Nümayişçilər BLM (“Black lives matter” – “Qaraların həyatı vacibdir”) şüarları və bu yaxınlarda həbs zamanı öldürülən afro-amerikalı Dante Raytın adını səsləndiriblər. Onlar həmçinin şəhərin təhlükəsizlik qüvvələrini maliyyədən məhrum etməyə çağırırlar.
İnterpress.az