Nyu-Yorkdakı Türk Evinə hücum olubbackend

Nyu-Yorkdakı Türk Evinə hücum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Nyu-York şəhərində yerləşən Türk Evinə hücum olub.

Binanın şüşələri sındırılıb.

Hücumu terrorçuların həyata keçirdiyi bildirilir. Məlumata görə, binanın şüşələri dəmir alətlə sındırılıb.

Nyu-York Şəhər Polis İdarəsi hadisə ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, hazırda Türk Evində Türkiyədəki Prezident seçkilərinin ikinci turu üçün seçki məntəqəsi fəaliyyət göstərir.

Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğu da burada yerləşir.