“O pul xalqındır“ – Baş nazir müavinibackend

“O pul xalqındır“ – Baş nazir müavini

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-ın dondurduğu pullar əfqan xalqına məxsusdur”.

Yenisabah.az xəbər verir ki, bu barədə “Taliban” administrasiyası məlumat yayıb.

Əfqanıstandakı müvəqqəti hökumətinin Baş nazir müavini Molla Əbdülqəni Bəradər paytaxt Kabildə keçirilən mərasimdəki çıxışında xaricdə dondurulmuş pul rezervlərinin Əfqanıstan hökumətinə deyil, Əfqanıstan xalqına məxsus olduğunu bildirib.

Dondurulan vəsaitin keçmiş prezident Əşrəf Qaniyə aid olmadığını dilə gətirən Bəradər dünya ölkələrinin bu mövzuda lazımi həssaslıq göstərmədiyini əlavə edib.