Oğlu Qarabağda ölən erməni qadın Paşinyana: “Az içsən, ayıq başla danışsan olmaz?“backend

Oğlu Qarabağda ölən erməni qadın Paşinyana: “Az içsən, ayıq başla danışsan olmaz?“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Övladlarımızı qurban verdi, amma bizdən üzr istəmədi.”, bu sözləri “Hraparak” nəşrinə sentyabrın 21-də baş tutacaq “rəngarəng tədbirlər”-ə qarşı etiraz aksiyasında iştirak edən erməni qadın Silva Avanesyan (şərti ad) deyib:

 

“Anladıq, müharibə oldu, yaşadıqlarımız çətindir. Qəti şəkildə keçmişi geri qaytara bilmərik, amma bizimlə daha yumşaq danışmaq mümkün idi, elə deyilmi? Ağrımızı dərinləşdirməyə ehtiyac yox idi. Axı Paşinyan ailələrimizi məhv etdi, bəli, o bizim ailələrimizi məhv etdi. İndi də bizdən üzr istəyir. Hansı üzlə üzr istəyirsən? O qədər oğlanlarımızı götürüb qurban verdi, sonra deyir ki, üzr istəyirəm. Övladlarımız hansısa bir üzrlə geri qayıdacaq? Əlbəttə yox!”

Qadın baş nazirin sərxoş çıxışlarından da gileylənib:

“Son olaraq isə bu adam baş naziridir, bu ölkənin lideridir. Bir az az içsə, ayıq başla danışsa olmaz? Qoy yüz ölçsün, bir biçsin sonra danışsın. Onun hər sözünün ağırlığı olmalıdır. Ölkənin baş naziri səhv danışırsa, mən bir vətəndaş olaraq hansısa bir yerə gedib haqqım olan düzgün şeyi necə tələb edə bilərəm?”