Ekvadorda tabuta qoyulan və öldüyü güman edilən yaşlı qadın dəfn edilməyə aparılarkən sağ olduğu məlum olub.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
76 yaşlı Bella Montoya adlı qadının insult keçirərək dünyasını dəyişdiyi açıqlanıb.
Dəfn mərasimindən əvvəl yaxınları qadını qoyulduğu tabutda nəfəs alarkən görüblər.
Montoya dərhal reanimasiyaya aparılıb, Ekvador Səhiyyə Nazirliyi məsələ ilə bağlı araşdırmaya başlayıb.