Meksikanın ABŞ sərhədində yerləşən Tixuana şəhərinin qadın meri Montserrat Kabalero Ramires ölüm təhdidləri və cangüdənlərinə silahlı hücuma məruz qaldıqdan sonra hərbi bazada yaşamağa başlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Meksika prezidenti Andres Manuel Lopez Obrador verdiyi açıqlamada 40 yaşlı Ramirezin Milli Qvardiyanın tələbi ilə şəhər yaxınlığındakı hərbi bazada 15 gün qaldığını bildirib.
Obrador əlavə edib ki, əyalət qubernatoru Marina del Pillar və Tijuana senatoru Xayme Bonilla Valdez də təhdid edilib.
Ramires cinayətkar dəstələrə qarşı sərt mövqeyi ilə tanınır.
Meksikanın şimal-şərqində yerləşən və ABŞ-ın Kaliforniya ştatı ilə həmsərhəd olan Tixuana son vaxtlar ölkənin əsas cinayətkar dəstələrinin münaqişə zonasına çevrilib.
2021-ci ildə bələdiyyə sədri seçildikdən sonra şəhərdə mütəşəkkil cinayətkarlığa qarşı sərt mövqe tutan Ramirez 1721 silahın ələ keçirildiyini, zorakılıq hərəkətlərində iştirak edən 785 adamın tutulduğunu açıqlayıb.
Mayın 19-da Ramirezin cangüdənlərinə naməlum şəxslər tərəfindən silahla hücum edilib və mühafizəçilər xəsarət almayıb, lakin bu hadisə Ramirezə xəbərdarlıq kimi şərh edilib.