Öskürək siropunun Hindistandan ixracı qaydası açıqlanıbbackend

Öskürək siropunun Hindistandan ixracı qaydası açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan hakimiyyəti Özbəkistan və Qambiyada uşaqların ölümünə səbəb olan hind mənşəli öskürək siropunun ixracı üçün yeni qaydalar tətbiq edib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Buna uyğun olaraq, iyunun 1-dən etibarən şərbətdən götürüləcək nümunələr laboratoriyalarda araşdırıldıqdan sonra ixrac üçün müraciət edilə bilər.

Kommunikedə nümunələrin araşdırıla biləcəyi mərkəzi və əyalət hökumətlərinə bağlı laboratoriyaların siyahısı bildirilib.

Bu ixrac qaydası 2022-ci ildə şərbət Özbəkistanda 18, Qambiyada isə 66 uşağın ölümünə səbəb olduqdan sonra ehtiyat tədbiri hesab edilib.

Özbəkistan Səhiyyə Nazirliyi Hindistanın Marion Biotech şirkətində istehsal olunan “Dok-1 Max” öskürək siropundan istifadə edən 18 uşağın öldüyünü açıqlayıb.

Hindistandan ölkəyə ixrac edilən “Maiden Pharmaceuticals” şirkətinə məxsus öskürək siropunu içərək 2022-ci ilin oktyabrında Qambiyada azı 70 uşağın öldüyü açıqlanıb.

ÜST-dən yanvarın 24-də edilən yazılı açıqlamada, həmçinin Hindistanın Maiden Pharmaceuticals və Marion Biotech şirkətləri tərəfindən istehsal edilən və Qambiya və Özbəkistanda uşaq ölümləri ilə əlaqəli öskürək siropları üçün xüsusi məhsul xəbərdarlığı göndərilərək dərmanların rəflərdən çıxarılması tələb olunub.