Ötən il Avstriyada müsəlmanları hədəf alan 1324 irqçi hücum olubbackend

Ötən il Avstriyada müsəlmanları hədəf alan 1324 irqçi hücum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022-ci ildə Avstriyada müsəlmanları hədəf alan 1324 irqçi hücum olub.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Ötən il Avstriyada müsəlmanlara qarşı 1324 irqçi hücum təşkil edilib, hücumların 81,6 faizi rəqəmsal platformalarda baş verib.

Avstriya Müsəlmanlar üçün Sənədləşmə və Məsləhət Mərkəzinin hazırladığı “2022 Müsəlmanlara Qarşı İrqçilik Hesabatı” konfransda ictimaiyyətlə paylaşılıb.

2021-ci ildə müsəlmanları hədəf alan 1061 hücum olduğunu xatırladan bu rəqəmin 2022-ci ildə 1324-ə yüksəldiyi bildirilib.

Müsəlmanlara qarşı siyasət, iş və ictimai kimi bir çox sahədə başda rəqəmsal platformalarda irqçi hücumlardan bəhs edən hesabatda qeydə alınan hadisələrin 81,6%-nin onlayn platformalarda meydana gəldiyi açıqlanıb.