Ötən il nüvə silahlarına qlobal xərclər 82,9 milyard dollara çatıbbackend

Ötən il nüvə silahlarına qlobal xərclər 82,9 milyard dollara çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nüvə silahlarına qlobal xərclər 2022-ci ildə əvvəlki ilə nisbətən 3 faiz artaraq 82,9 milyard dollara çatıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Nüvə Silahlarının Qadağasının İzlənməsi və Beynəlxalq Nüvə Silahları Təşəbbüsü (ICAN) 2022-ci il üçün nüvə silahı xərclərinə dair hesabatı ICAN-ın Siyasət və Tədqiqat Koordinatoru Alicia Sanders-Zakre və Proqram Koordinatoru Susi Snyder tərəfindən Akkreditə olunmuş Mətbuat Məmurları Assosiasiyasının təşkil etdiyi mətbuat konfransında açıqlanıb.

Hesabatda deyilir ki, doqquz nüvə silahına malik ölkə öz arsenallarını modernləşdirməyə və genişləndirməyə davam etdikcə, nüvə silahına qlobal xərclər ardıcıl üçüncü il artıb.

Müvafiq olaraq, keçən il nüvə silahına xərclənən məbləğ əvvəlki ilə nisbətən 3 faiz artaraq 82,9 milyard dollar olub. ABŞ nüvə silahlarına ən çox pul xərcləyən ölkə olaraq qalmasına baxmayaraq, ötən il bu sahəyə 43,7 milyard dollar xərcləyib.

Vaşinqtonu 11,7 milyard dollar xərcləyən Çin izlədi, Rusiya isə 9,6 milyard dollarla əvvəlki ilə görə yüzdə 5,74 artımla üçüncü olub.

Nüvə silahlarına edilən xərclərdə ən yüksək artım yüzdə 21,8 ilə Hindistanda görülərkən, İngiltərə də yüzdə 11 ilə bu sahədə xərclərini artıran bir başqa ölkə olaraq qeyd edilib.

Nüvə silahı istehsalçıları 2022-ci ildə təqribən 16 milyard dollar dəyərində yeni müqavilələr imzaladılar və bunun müqabilində yalnız ABŞ və Fransadakı hökumətlərin lobbiçiliyi üçün 113 milyon dollar xərcləyiblər.

Həmçinin qeyd olunub ki, nüvə silahı olan ölkələrin şirkətlərlə ən azı 278,6 milyard dollar dəyərində, bəzi hallarda 2040-cı ilə qədər davam edən müqavilələri var.