Özbəkistan Gürcüstanı Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə qoşulmağa dəvət edib.
İnterpress.az xəbər verir ki, bu barədə Sputnik Özbəkistan məlumat yayıb.
Bu məsələ Özbəkistanın Nəqliyyat Nazirliyinin rəhbəri Mahkamovla Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Kvrivişvili arasında keçirilən görüşdə müzakirə olunub.
Tərəflər həmçinin beynəlxalq nəqliyyat dəhlizləri, o cümlədən Gürcüstanın dəniz limanlarından istifadə sahəsində əməkdaşlığın genişləndirilməsini də nəzərdən keçiriblər.
Xuraman Etibarlı
İnterpress.az