Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İsrail və Fələstini sülh danışıqlarına başlamağa çağırıb.
İnterpress.az-ın məlumatına görə, bu barədə Özbəkistanın dövlət başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı sammitinin açılışındakı çıxışında bildirib.
“Mülki şəxslər – qadınlar, uşaqlar, qocalar getdikcə daha çox bu müharibənin qurbanlarına çevrilirlər. Tərəfləri dərhal hərbi əməliyyatları dayandırmağa və sülh danışıqlarına başlamağa çağırırıq”, – o deyib.