Özbəkistanda İŞİD təbliğatçıları olan 3 qız saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistan KİV məlıumat yayıb.
Özbəkistan Dövlət Təhlükəsizlik Xidməti İŞİD ideyalarını təbliğ etməkdə şübhəli bilinən üç qızı saxlayıb.
Məlumata görə, onlar Suriyaya gedərək terrorçu qruplaşmanın sıralarına qoşulmağı planlaşdırıblar.
Şübhəlilər ideyalarını Telegram və digər sosial şəbəkələr vasitəsilə yayaraq mümkün qədər çox insanı cəlb etməyə çalışıblar.
Xuraman Etibarlı
İnterpress.az