“Adidas” və dizayner Rik Ouens daxili havalandırması olan şişmə geyimlər təqdim edib.
İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.
“Adidas” və dizayner Rik Ouens daxili havalandırma sisteminə malik şişmə gödəkçə və şortlar istehsal ediblər. Geyimin üzərindəki düyməyə basdıqdan sonra xüsusi sistem işə düşür. Bu sistem paltarı şişirdir və bədəni sərinlətməyə kömək edir.
Əlavə olaraq qeyd edək ki, bu texnologiya xüsusilə isti hava şəraitində maksimum rahatlıq təmin etmək üçün nəzərdə tutulub. Geyimin daxilindəki hava axını bədən hərarətini optimal səviyyədə saxlamağa imkan verir.
Xuraman Etibarlı
İnterpress.az






