Qatardan asılaraq gedən 11 yaşlı məktəblinin ayaqları KƏSİLDİ – FOTObackend

Qatardan asılaraq gedən 11 yaşlı məktəblinin ayaqları KƏSİLDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Perm diyarında qatardan asılaraq gedən 11 yaşlı məktəblinin ayaqları kəsilib.

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiyanın Perm diyarında qatardan asılaraq təhlükəli səyahət edən olan 11 yaşlı məktəbli ağır və faciəvi qəzaya düşüb.

Məktəbli hərəkətdə olan qatarın vaqonunun kənara çıxan hissələrindən yapışaraq təhlükəli şəkildə getməyə çalışıb. Lakin o, müvazinətini qoruya bilməyərək yıxılıb və hərəkətdə olan qatarın təkərlərinin altında qalıb.

Hadisə nəticəsində relslərin altında qalan azyaşlının hər iki ayağı kəsilib.

Hadisə yerinə dərhal xilasedicilər və təcili yardım briqadası cəlb olunub. Ağır xəsarətlər alan azyaşlı təcili olaraq xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, onun vəziyyəti son dərəcə ağır qiymətləndirilir.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin nəqliyyatda istintaq idarəsi tərəfindən cinayət işi başlanıb, hadisənin başvermə səbəbləri araşdırılır.

Dəmir yolu rəsmiləri və valideyn komitələri yeniyetmələri bu cür həyati təhlükəli “əyləncələrdən” uzaq durmağa çağırırlar.

Xuraman Etibarlı

İnterpress.az