Venesuelada güclü zəlzələdən sonra azı 10 afterşok qeydə alınıb.
İnterpress.az xəbər verir ki, bu barədə “El Nacional” qəzeti məlumat yayıb.
Venesuelada baş vermiş 7,1 maqnitudalı güclü zəlzələdən sonra ölkə ərazisində azı 10 afterşok (təkrar yeraltı təkan) qeydə alınıb.
Paytaxt Karakas şəhərində və ətraf rayonlarda seysmik fəallıq hələ də davam etməkdədir. Seysmoloji xidmətlərin verdiyi məlumata görə, təkrar təkanlar sakinlərin təşvişini daha da artırıb, lakin afterşokların əksəriyyəti nisbətən zəif maqnitudalı olub.
Yerli hakimiyyət orqanları və xilasetmə xidmətləri əhaliyə təkrar təkanlar zamanı zədələnmiş binalardan uzaq durmağı və maksimum dərəcədə ehtiyatlı davranmağı tövsiyə ediblər.
Karakasın bəzi rayonlarında xilasedicilər artıq qəzalı vəziyyətə düşmüş tikililərdə təhlükəsizlik tədbirlərini gücləndiriblər.
Hazırda təbii fəlakət bölgəsində dəymiş ziyanın ümumi həcmi qiymətləndirilir, hələlik ölənlər və ya ağır xəsarət alanlar barədə rəsmi məlumat daxil olmayıb.
Xuraman Etibarlı
İnterpress.az






