Rusiyada yeniyetmələrdən ibarət dəstə onlara spirtli içki almayan böyükləri DÖYÜR – VİDEObackend

Rusiyada yeniyetmələrdən ibarət dəstə onlara spirtli içki almayan böyükləri DÖYÜR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva ətrafında yeniyetmə dəstəsi spirtli içki almaqdan imtina edən böyükləri vəhşicəsinə döyür.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskva vilayətinin Krasnoqorsk şəhərində yerləşən “İzumrudnıye Xolmı” yaşayış kompleksinin sakinləri ərazidə qorxu yaradan yeniyetmə qanunsuz dəstəsindən şikayətçidirlər.

Sakinlərin bildirdiyinə görə, yaşları az olan yeniyetmələr axşam saatlarında spirtli içki mağazalarının yaxınlığında toplaşaraq yoldan keçən sakinlərə spirtli içki almaları üçün təzyiq göstərirlər.

Onların bu tələbini rədd edən böyüklər isə yeniyetmələr tərəfindən vəhşicəsinə döyülürlər. Yayılmış videogörüntülərdə ötən çərşənbə axşamı bir kişinin dəstə üzvləri tərəfindən vəhşicəsinə döyülməsi anı əks olunub.

Yerli sakinlərin sözlərinə görə, dəstənin tərkibində 14-17 yaş arasında olan xuliqan gənclər yer alır və onlar hətta qadınları belə döyməkdən çəkinmirlər.

Son günlər ərzində yaşayış kompleksinin ərazisində ən azı üç belə vəhşicəsinə hücum faktı qeydə alınıb və onlardan yalnız sonuncusu təhlükəsizlik kameralarına düşüb.

Sakinlər uşaqların törətdiyi bu cinayətlərə qarşı polis və hüquq-mühafizə orqanlarının tədbir görməsini tələb edirlər.

Faktla bağlı polis tərəfindən araşdırma və şübhəlilərin müəyyənləşdirilməsi işləri başladılıb.

Xuraman Etibarlı

İnterpress.az